“Barselona”nın idman direktoru Erik Abidal bu yaxınlarda istefaya göndərilmiş Ernesto Valverde barədə danışıb.
O, qərarı “Real” ilə oyundan sonra verdiklərini bildirərək deyib: “Bizim şöbə hər şeyə hazır olmalıdır. Mən “Barselona”da işə başlayanda artıq baş məşqçi axtarılırdı. Namizədlər barədə məlumatlar toplanan vaxt isə klu prezidenti Valverdenin qalmasını məqsədəuyğun saydığını bildirdi. Amma problem nəticələrdə yox, komandadaxili proseslərdə idi. Ona görə yekun özünü çox gözlətmədi və dekabrın 18-də “Real”la oyundan sonra məşqçi dəyişilkiyinə gedildi. İnanın, “Barselona” superkuboku qazansaydı da, Valverde istefaya göndəriləcəkdi. Çünki oyunlar taktiki baxımdan təhlil olunurdu və onun nəticələri ürəkaçan deyildi. Futbolçuların əksəriyyəti vəziyyətdən narazı idi, var gücləri ilə çalışmırdı. Komandadaxili problemləri, sabiq futbolçu kimi, görürdüm və real vəziyyəti rəhbərliyə məruzə etdim. Zənnimcə, çatışmazlıqları həll etmişik”.